Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev yanvarın 26-da bununla bağlı sərəncam imzalayıb.

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, yanvarın 27-də Əli Əhmədovun 70 yaşı tamam olur. Əli Əhmədov 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən YAP sədrinin müavini və icra katibi olub. 2021-ci ildən partiya sədrinin müavinidir.