Yanvarın 30-da Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, Prezident təqaüdçüsü, tarzən, musiqi təşkilatçısı Fikrət Verdiyevin (1947-2022) xatirə gecəsi keçiriləcək.

Şəhərin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə sənətkarın yaradıcılıq yolundan, musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışılacaq.