Yanvarın 27-də Azərbaycan İstiqlal Muzeyində “Vətənin qürur mənbəyi” adlı sərgi açılıb.

Sərgi muzeyin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə 2021-ci ildən həyata keçirdiyi “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində təşkil edilib.

Sərgidə öz cəsarəti, qorxmazlığı ilə Zəfər salnaməsinin qəhrəmanlarından olan şəhid gizir Aydın Abdullayevə məxsus muzeyin fondlarında saxlanılan şəxsi əşyalar nümayiş etdirlib.

Tədbirdə şəhid ailələri, C.Naxçıvanski adına Hərbi liseyin əməkdaşları, “Bir könüllü” tələbə təşkilatı, “ASAN Könüllüləri” təşkilatının üzvləri, digər qonaqlar iştirak ediblər.