Fevralın 2-də Bakı Kitab Mərkəzində gənc rəssamların “AXIN” adlı qrup sərgisi açılıb.

Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi sərginin məqsədi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir.

Bakı Kitab Mərkəzinin dəstəyi ilə “Azerbaijanartist” (“Azərbaycan rəssamları”) platforması tərəfindən təşkil olunan sərgiyə giriş sərbəstdir.