Filarmoniyada növbəti konsert

 

Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz milli sərvətimizdir” layihəsi üzrə növbəti konsert keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev, dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.