Altı ildir ənənəvi olaraq təşkil olunan “Texnofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı bu il Türkiyənin üç şəhərində keçiriləcək.

Mükafat fondu 13 milyon türk lirəsi olacaq builki festival Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr ediləcək.

Ümumilikdə 41 əsas və 102 alt kateqoriyalı müsabiqə üzrə keçiriləcək “Texnofest – 2023” martın 16-19-da İzmirdə, aprelin 27-dən mayın 1-dək İstanbulda, avqustun 30-dan sentyabrın 3-dək isə Ankarada təşkil olunacaq.

Xatırladaq ki, “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin layihəsi olan “Texnofest” 2022-ci ildə ilk dəfə Türkiyədən kənarda – 26-29 may tarixlərində Bakıda da keçirilmişdi.