Belçikanın tarixi Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisələrindən olan Avropa Kollecində Azərbaycan milli günləri keçirilib.

Milli günlər çərçivəsində gənc pianoçu Etibar Əsədlinin caz-muğam konserti təşkil edilib, milli mətbəxin təqdimatı və kollecin müxtəlif ölkələrdən olan tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib. Qaliblərə suvenirlər təqdim olunub.

Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xəyyam Rzazadə, Elvin Hacıyev və Necla Ayvazinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə gerçəkləşib.