“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid ailələrinin övladları və valideyn himayəsindən məhrum olan uşaqlar Hüseyn Cavidin Ev-Muzeyini ziyarət ediblər.

Muzeylə tanışlıq zamanı uşaqlara böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ömür yolu və yaradıcılığı, faciəli taleyi, dram əsərlərinin səhnə həyatı və s. haqqında məlumat verilib.

Sonra dahi şairin həyat və yaradıcılığı ilə bağlı viktorina keçirilib, fərqlənən şagirdlərə muzeyin nəşrləri hədiyyə olunub.

Sonda “Cığır” İB-nin sədri Yeganə Mirzəyeva qurumun adından Hüseyn Cavidin Ev-Muzeyinə təşəkkürnamə təqdim edib.