Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə” 2-ci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib.

Festival 5-9 iyun tarixlərində keçiriləcək. ADMİU-nun müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə qaliblər müəyyənləşəcək.

Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələri iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidir. Materiallar mayın 20-dək festival@admiu.edu.az elektron poçt ünvanında qəbul olunur.