Ölkəmizdə artıq ənənə halını almış layihələrdən biri də “Gənclər Paytaxtı” layihəsidir. 2023-cü ilin “Gənclər Paytaxtı” Mingəçevir şəhəri seçilib.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Gənclər paytaxtı”nın simvolik açarı təqdim edilib.

Tədbirə Azərbaycanın bütün şəhər və rayonlarından gənclər qatılıb.

Rəsmi hissədə Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış ediblər.

Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan “İlin gənci” nominasiyasına layiq görülən gənclər təltif olunublar.

Sonra “Gənclər paytaxtı”nın simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib.

Gənclər Günü tədbirləri çərçivəsində gənclərin iştirakı ilə panel diskussiyalar təşkil edilib. Günün sonunda isə bayram konserti təşkil olunub.