Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi qazisi Tural Cəfərovu ziyarət edib.

***

Şirvan şəhər Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap olunmuş “44 gün – tarixi Zəfər” adlı üçcildliyin I cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib. Bildirilib ki, nəşrin bu cildində minə yaxın şəhid qəhrəman – 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərində (iyul), həmçinin 44 günlük Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat yer alıb.

***

Masallı Dövlət Rəsm Qalereyası və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Onlar Vətən uğrunda vuruşmuşlar” layihəsi çərçivəsində tədbir keçirilib. Çıxışlarda Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinin hər zaman yad olunması, həmçinin onların həyat və döyüş yolunun öyrənilib təbliğ edilməsinin vacibliyindən danışılıb.

Nurəddin