Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənclər Günü münasibətilə məktəbin müəllim və şagird kollektivi tərəfindən konsert təşkil olunub.

Əvvəlcə məktəbin Nəzəriyyə şöbəsinin müdiri Nabat Əsgərova və şagird Nigar Nəbilinin Gənclər Günü ilə bağlı çıxışları dinlənilib.

Sonra konsert proqramı təqdim olunub. Məktəbin Orkestr alətləri şöbəsi şagirdlərinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.