Böyük Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 105 illiyi ilə əlaqədar Bakıdakı Rus Evində Azərbaycan Dövlət Kamera Orkestri solistlərinin konserti olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildiriblər ki, tədbir Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianoçusu, Əməkdar artist Nərgiz Əliyeva tərəfindən təşkil olunub.

Qara Qarayev yaradıcılığını dəyərləndirənlərə onun dünya miqyasında musiqi inciləri təqdim edilib. Diplomatların, yaradıcı ziyalıların, Rusiyadan qonaqların qatıldığı musiqi axşamı dinləyicilərə yüksək sənət zövqü bəxş edib.