Xəbər verdiyimiz kimi, Macarıstanın informasiya texnologiyaları və proqram həlləri sahəsində fəaliyyət göstərən “Arcanum” şirkətinin icraçı direktoru Elod Biszak ölkəmizə səfər edib. O, aidiyyəti qurumlarda bir sıra görüşlər keçirib.

Qonaq Milli Arxiv İdarəsində də olub. Görüşdə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Azərbaycan Respublikasının Dövlət Arxivlərində arxiv işinin elektronlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, əldə olunan nəticələr haqqında qonağa məlumat verib.

Elod Biszak təmsil etdiyi şirkətin nailiyyətləri, texnoloji həlləri, o cümlədən kağız əsaslı kitab, qəzet və arxiv sənədlərinin rəqəmsallaşdırılması üzrə öz təcrübələrini bölüşüb.

Sonra əməkdaşlıq perspektivləri müzakirə edilib.