Bakı Gənclər Mərkəzi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Xalq artisti Murad Dadaşov, Əməkdar artist Tahir İmanov və 300-ə yaxın gəncin qatıldığı tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar rəsm sərgisinə baxdıqdan sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, panel müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

Daha sonra “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi olub.

Tədbir musiqi nömrələri davam edib.