"Nur Art House" qalereyasında Azərbaycan Gəncləri Gününə (2 fevral) həsr olunmuş "Gənclər sabahın qurucularıdır" adlı tədbir keçirilib.

Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Məmməd Səid Ordubadinin Xatirə Muzeyi, "Zəfər Yolu" Müharibə İştirakçılarına  və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyi, “NUR Art House” və "Art Counsil Azerbaijan" təşkilatının "Start" layihəsi çərçivəsində reallaşıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.S.Ordubadinin Xatirə Muzeyinin elmi işçisi İradə Vəliyeva, muzeyin əməkdaşı Ülkər Niftullayeva, "Zəfər Yolu" İB-nin rəhbəri, şairə-publisist Pərvanə Salmanqızı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, I və II Qarabağ müharibəsi iştirakçısı İlham Baxışov, Qarabağ müharibəsi qazisi Rüxsarə Cumayeva çıxış ediblər.

Tədbirin bədii hissəsində gənclərin ifasında muğamlar səsləndirilib, şeirlər söylənilib.