Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Çiçəklər” adlı etüd keçirilib.

Xətai Sənət Mərkəzində təşkil edilən etüdə 15-29 yaş arası gənclər qatılıblar. İki gün (1-2 fevral) ərzində 31 həvəskar gənc rəssam natura kimi qoyulmuş təbii buketi  özlərinə uyğun texnika və baxışla təsvir ediblər.

Onların işini Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli, qalereyanın şöbə müdiri Elçin Hüseyn, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov izləyiblər.

Etüd qalereyaya gələnlərin marağına səbəb olub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.