Amerika Birləşmiş Ştatlarında koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv ediləcəyi gözlənilir.

Bunu ABŞ Prezidenti Cozef Bayden deyib. O qeyd edib ki, ölkədə koronavirusla bağlı ölüm halları təxminən 90 faiz azalıb: “Biz milyonlarla insanın həyatını xilas etdik və ölkəni yenidən açdıq”.

Bayden bildirib ki, səhiyyə sahəsində fövqəladə vəziyyətin ləğvinə tərəfdar olduğunu bildirib.

Ağ evdən verilən məlumata görə, administrasiya COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin mayın 11-dən dayandırılmasının tərəfdarıdır.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı koronavirusla bağlı pandemiya rejimini rəsmən 2020-ci ilin 11 martında elan edib. Hələlik təşkilat rəsmiləri bu rejimin yaxın aylarda aradan qaldırılacağı barədə açıqlama verməyiblər.