Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Gənclik” klubu tərəfindən Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin xatirəsinə həsr olunan tədbir təşkil edilib.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Faiq Qasımovun doğum günü münasibətilə “Əbədi yaşayacaqsan” adlı tədbir keçirib. Qubadlı rayon V.Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub, şeirlər söylənilib.

 

***

 

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Unudulmayan faciə” adlı tədbir keçirilib. Tədbirdə “Qisası alınan torpaq” adlı sərgi nümayiş olunub.

 

***

 

Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor evində 1-ci Qarabağ müharibəsi şəhidi Mirbala Rəsulova həsr edilmiş “Tarix yazan qəhrəmanlar” adlı anım tədbiri keçirilib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Nurəddin