Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin Baletmeyster sənəti kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənovanın “Klassik rəqs üzrə metodiki tədris vəsaiti və proqramı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimatda BXA-nın rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

Bildirilib ki, dərs vəsaiti xoreoqrafiya ixtisasları üzrə təhsil alan tələbələr – bakalavrlar, magistrantlar, eləcə də müəllimlər üçün nəzərdə tutulsa da, eyni zamanda həvəskar rəqs sevənlər üçün də böyük maraq doğuracaq. Həm tələbələrin, həm də müəllimlərin yararlanacağı dərslik xoreoqrafiya sənətinin incəlikləri və spesifik xüsusiyyətləri barədə ətraflı anlayış yaradır.

Müəllif professor Lyudmila Həsənova da dərs vəsaiti haqqında ətraflı məlumat verib.

Təqdimat zamanı BXA-nın müəllim, tələbə və şagirdlərinin ifasında ayrı-ayrı rəqslər nümayiş olunub.