Uşaq rəsm müsabiqəsi

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi üçün əsər qəbulu elan olunur.

21 yaşa qədər gənclər, uşaq və yeniyetmələr Xətai Sənət Mərkəzinin “Facebook” qrupuna daxil olub çəkdiyi əsərin fotosu ilə bərabər əsərin adı, texnikası, özləri haqqında məlumatı yerləşdirməklə müsabiqəyə qatıla bilərlər. Müsabiqəyə işlərin qəbulu 2 mart tarixinədək davam edəcək.

Ətraflı məlumatı Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesablarında əldə etmək olar.