“Heydər Əliyev İli” ilə bağlı regional mədəniyyət idarələrinin (RMİ) tabeliyində fəaliyyət göstərən müəssisələrdə tədbirlər davam edir.

Ağstafa RMİ. Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində keçirilən tədbirdə çıxış edənlər söyləyiblər ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

***

İsmayıllı RMİ. Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyində “Heydər Əliyev ideyalarına sadiqik” adlı tədbir keçirilib. Çıxışlarda Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hərtərəfli inkişafından söz açılıb. Şamaxı rayon A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdləri Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.

***

Kürdəmir RMİ. Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi və 8 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu” mövzusunda intellektual yarış təşkil edilib. Yarışda qalib adını qazanan “Qarabağ” komandasına fəxri fərman, eləcə də bütün komandalara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar təqdim olunub.

***

Şəki RMİ. Zaqatala rayon Heydər Əliyev Mərkəzində mətbuat işçilərinin iştirakı ilə konfrans keçirilib. Çıxış edənlər 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsini dahi şəxsiyyətin Azərbaycanın inkişafında göstərdiyi xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha dərindən öyrənilməsi üçün mühüm fürsət olduğunu bildiriblər. Sonda bir qrup mətbuat nümayəndəsinə fəxri fərman və hədiyyələr təqdim edilib.

***

Masallı RMİ. Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Bir dahi ömrü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə C.Kazımov adına Qodman kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

***

Sumqayıt RMİ. Sumqayıtın Tarixi Muzeyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şabran Regional İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəni irsimiz” adlı tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunması və inkişafına diqqət və qayğısından bəhs edən sənədli videomaterial təqdim olunub.

***

Sabirabad RMİ. Hacıqabul şəhər Uşaq musiqi məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “Dostluq görüşləri” adlı konsert proqramı keçirilib. Konsertdə Şirvan şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında musiqi nömrələri təqdim edilib.

Saatlı rayon Mədəniyyət Mərkəzinin Cəfərxan kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib. Bədii qiraət dərnəyinin üzvləri Ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər.

***

Biləsuvar RMİ. Salyan rayon Heydər Əliyev Mərkəzində “Qurtuluşdan Zəfərə, zəfərlə gələcəyə” adlı layihə gerçəkləşib. Ümummilli liderin siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müasir Azərbaycan dövlətinin müstəqillik dövrü” mövzusunda tarix dərsi keçirilib.

***

Gəncə RMİ. Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialında “Heydər Əliyev İli” ilə əlaqədar “Zəmanəmizin lideri” adlı kitab sərgisi təşkil olunub.

Nurəddin Məmmədli