Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi davam edir. Fevralın 17-də keçirilən növbəti konsertdə “Bayatı-Qacar” və “Şüştər” muğamları səsləndi. Muğamları BMM-in solistləri – Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Nisbət Sədrayeva və Məmməd Nəcəfov ifa etdilər.

Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Bayramov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara) və Vasif Yusibli (ud) müşayiət edirdilər.

Qeyd edək ki, BMM-də 2017-ci ildən həyata keçirilən “Muğam axşamları” layihəsi Azərbaycan muğamının fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Layihənin hər təqdimatı maraqla qarşılanır.

Lalə