Fevralın 21-də Bakı şəhərindəki 328 saylı orta məktəbdə Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birlikdə “Mənim ana dilim” adlı tədbir keçirilib.

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar keçirilən tədbirdə məktəbin şagirdləri və muzeyin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri müxtəlif ədəbi-bədii sərlövhəli nömrələrlə çıxış ediblər.

Tədbirə Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və digər qonaqlar qatılıb.