Xalq təqviminə görə, Kiçik çillə fevralın 19-da özü yerini Boz aya verdi. Fevralın 20-dən xalqımız Novruz bayramının müjdəçiləri olan dörd ilaxır çərşənbəni (Su, Od, Yel, Torpaq) qeyd etməyə başlayır.

Fevralın 21-də el arasında “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” və s. adlandırılan Su çərşənbəsi idi.

Bununla bağlı bölgələrdə müxtəlif mərasimlər təşkil edilib. Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Salyan rayon Mədəniyyət Mərkəzinin 1 və 2 saylı şəhər klublarının əməkdaşları “Murad” Əlillər İctimai Birliyi ilə birgə Su çərşənbəsini qeyd ediblər. Tədbirdə bu çərşənbə ilə bağlı müxtəlif ayinlər icra olunub, xalq yaddaşından süzülüb gələn nəğmələr, bayatılar söylənilib.