Saatlı Tarix-Diyarşünaslıq Muzeyi və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Saatlının tarixi” adlı intellektual bilik yarışması keçirilib. Rayonun məktəbliləri, rayon Gənclər evinin könüllüləri və digər gənclərin iştirak etdiyi yarışda qalib gələnlər fəxri fərman və hədiyyələrlə təltif olunublar.

***

Neftçala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi: milli dövlətçilik və müasirlik” adlı elmi-praktik konfrans keçirilib. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin ideyalarından, təməlini qoyduğu siyasi kursun bu gün də uğurla davam etdirilməsindən söz açıblar. Tədbirdə həmçinin “Heydər Əliyev və Azərbaycan tarixinin aktual problemləri”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan diplomatiyası” və digər mövzularda məruzələr dinlənilib.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu” mövzusunda tədbir keçirib. Çıxışlarda qeyd olunub ki, Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir.

***

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Xalqın xilaskarı” adlı tədbir keçirilib. Ümummilli liderin ölkəmizin incəsənət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

***

Kürdəmir Dövlət Rəsm Qalereyası və Kürdəmir Regional “ASAN Xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda rayonun müxtəlif idarə və təşkilatlarını təmsil edən gənclərin iştirak etdiyi 8 komanda öz biliyini nümayiş etdirib. Sonda I, II, III yerləri tutan komandalar mükafatlandırılıb.

***

Qazax rayon Heydər Əliyev Mərkəzi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbir çərçivəsində “100 ağac əkək!” adlı aksiya da təşkil edilib.

Nurəddin Məmmədli