Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Ülvü Məhərrəmovun ailəsini ziyarət ediblər.

***

Gəncə şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsinin şəhid giziri Müşfiq Xosizadənin ailəsi ilə görüş keçirib. Görüşdə şəhidin həyatı, döyüş yolu və şücaətindən bəhs edən videoçarx nümayiş olunub.

***

Bərdə rayon Mədəniyyət Mərkəzi və Fərahim Quliyev adına şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Şövqi İsmayılzadənin doğum günü ilə əlaqədar “Yarım qalmış ömrün xatirələri” adlı ədəbi-bədii gecə təşkil edilib. Tədbirdə şəhidin təhsil aldığı musiqi məktəbinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda mahnılar oxunub, şeirlər səsləndirilib. Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının təqdimatında “Yarım qalmış ömrün xatirələri” adlı tamaşa nümayiş etdirilib.

***

Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət evində şəhid Arif Nağıyevin anım günü qeyd edilib. Mədəniyyət işçiləri tərəfindən şəhidlərə, Vətənə həsr olunan kompozisiya təqdim olunub.

Nurəddin