Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert

 

Martın 3-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil ediləcək.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili uşaq teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi rəngarəng musiqi nömrələri ilə çıxış edəcək.