Astana şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (BTA) Azərbaycanın Qazaxıstandakı Səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət sərgi təqdim olunub. Tədbirdə ölkəmizin Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun, BTA-nın nümayəndələri iştirak ediblər.

BTA-nın prezidenti akademik Şahin Mustafayev Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınları haqqında məlumat verib, Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu bildirib.