Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi konsert təqdimatları ilə davam edir.

Layihənin mart ayı üzrə konserti Xalq artisti, ustad xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunacaq.

Martın 17-də təqdim olunacaq konsert proqramında muğam ustadının tələbələri – Əməkdar artistlər Səbuhi İbayev, Sevinc Sarıyeva, Elnur Zeynalov, Arzu Əliyeva, xanəndələr Rəvanə Qurbanova, Vəfa Vəzirova, Günay İmamverdiyevanın ifalarında sənətkarın repertuarından muğam və xalq mahnıları səslənəcək.

Gecədə xanəndənin müəllifi olduğu təsniflər də ifa olunacaq.