Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən “İrs: mədəni dəyərlərimizin təbliği” layihəsi ilə bağlı tədbir keçirilib.

BXA-nın rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə layihənin hədəf sahəsi, qarşıya qoyulan vəzifələr, icra mərhələləri və gözlənilən nəticələrdən bəhs edilib.

Qeyd olunub ki, layihə cəmiyyət üçün çox ciddi problemlərdən olan narkomaniya, erkən nikah, bullinq (məktəbdə aqressiv davranış), məişət zorakılığına qarşı mübarizə, eləcə də vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması kimi məsələləri əhatə edir.

Layihə çərçivəsində BXA-dan 30-dək könüllü tələbə seçiləcək. Qeyd edilən mövzular əsasında tələbələrin iştirakı ilə hazırlanan rəqs kompozisiyaları insanların kütləvi olduqları məkanlarda nümayiş olunacaq.

Tədbirdə layihənin mahiyyəti haqqında fotoslayd nümayiş etdirilib.