8 mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Əlamətdar gün 8 mart 1910-ci ildə Kopenhagendə (Danimarka) sosialist qadınların beynəlxalq konfransında təsis edilib. İlk illərdə bır sıra Avropa ölkələrində qeyd olunan gün tədricən beynəlxalq miqyas qazanıb. 1977-ci ildə BMT tərəfindən Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.

Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə, yerli icra oqranlarında təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə töhfələr verirlər.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış məşhur qadınlarla bağlı ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuatda dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm