F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 910 illik yubileyi münasibətilə metodik vəsait hazırlanıb.

“Şərq ədəbiyyatının incisi Məhsəti Gəncəvi” adlı metodik vəsait virtual rejimdə istifadə üçün təqdim edilib. (https://www.clb.az/files/mv/Mehseti_Gencevi.pdf)

Metodik vəsaitdə görkəmli şəxslərin Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi M.Gəncəvi haqqında fikirləri yer alıb. Vəsaitin I hissəsi şairənin həyat və yaradıcılığından bəhs edir. II hissədə isə metodik köməklik məqsədilə Məhsəti Gəncəvinin yubileyi ilə bağlı tədbirlərin planı tərtib edilib.

Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da təqdim edilir.