Martın 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə fləşmob keçirilib. Bayram tədbirində Naxçıvan Dövlət Filarmoniyasının musiqi qrupları və şəhər Uşaq musiqi və incəsənət məktəbinin rəqs kollektivləri iştirak edib.

Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyası Estrada orkestrinin nağaraçısı Nəcəf Hacılı diqqətçəkən musiqi nömrəsi ifa edib. Sonra orkestrin nəfəsli alətlərdən ibarət musiqi qrupu tərəfindən “Lambada” musiqisi səsləndirilib. Filarmoniyanın rəqs qrupu “Qayınana” filmindən “Mən oldum” musiqisi ilə rəqs edib.

Musiqi və incəsənət məktəbinin oğlan və qızlardan ibarət rəqs qrupu da xanımların bayramına öz töhfəsini verib.

Fləşmob şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb.