Fransada görkəmli özbək astronomu, alim, şair, riyaziyyatçı və dövlət xadimi Mirzə Uluqbəyin (1394-1449) heykəli ucaldılıb.

240 santimetrlik bürünc heykəl Tuluza şəhərində, Fransa Milli Mülki Aviasiya Məktəbinin (ENAC) ərazisində qoyulub. Heykəlin müəllifi Səmərqənd şəhərində yaşayan heykəltəraş Umirzak Şaripovdur.

Əmir Teymurun nəvəsi olan Mirzə Uluqbəy alim olmaqla yanaşı, Səmərqənd şəhərinin hakimi kimi də fəaliyyət göstərib. Dövründə “taxt-taclı alim” kimi tanınan Mirzə Uluqbəyin hakimiyyəti zamanı Səmərqənd elm və mədəniyyət mərkəzinə çevrilib.

Mirzə Uluqbəyin Tuluzada qoyulan heykəli görkəmli dövlət və elm xadiminin sayca dördüncü abidəsidir. Daşkənd və Səmərqəndlə yanaşı, Latviya paytaxtı Riqada Özbəkistan səfirliyinin yaxınlığında da onun abidəsi ucalır.

Gülcahan