Bakı Xoreoqrafiya Akademiyası (BXA) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında 8 Mart –  Beynəlxalq Qadınlar Günü və yubiley tədbirlərinə həsr olunmuş konsert proqramı keçirilib.

Konsertdə BXA-nın nümayəndə heyəti, Mədəniyyət Nazirliyinin əməkdaşları, incəsənət və media nümayəndələri iştirak ediblər.

Musiqili tədbirdə BXA-nın tələbələri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında uşaqların sosial vəziyyətinə həsr olunmuş "Göbəkbağı" birpərdəli musiqili tamaşası və Şopenin əsərlərindən ibarət birpərdəli balet tamaşası təqdim olunub.

Sonda BXA-nın yubilyar müəllimlərinə akademiyanın əməkdaşları tərəfindən təbriklər ünvanlanıb.