Mədəniyyət Nazirliyinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsinin növbəti buraxılışı 10 mart – Milli Teatr Gününə həsr edilib.

Layihə çərçivəsində təqdim olunan videomaterialda Heydər Əliyevin Azərbaycan teatr sənəti haqqında, Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun inkişafında, milli dirçəlişində, mədəni səviyyəsinin yüksəlməsində teatrın oynadığı rolla bağlı fikirləri diqqətə çatdırılır. Ulu öndərin teatr xadimləri ilə görüşlərindən, izlədiyi tamaşalardan görüntülər də materialda yer alıb.

Xatırladaq ki, müxtəlif rubrikalarla təqdim olunan “Mədəniyyətə bağlı ömür” layihəsi nazirliyin saytında və sosial media hesablarında təqdim edilir.

Layihənin Milli Teatr Gününə həsr edilmiş buraxılışı bu linkdə: https://www.facebook.com/mct.gov.az/videos/968313124161791/