Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli müğənni, Xalq artisti Rübabə Muradovanın (1933-1983) 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Öncə Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” mahnısının lent yazısı təqdim olunub.

Sonra akademik Rafael Hüseynov sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib. 

Musiqi axşamında Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Simarə İmanova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Səbuhi İbayev, Gülüstan Əliyeva, Zakir Əliyev, Fehruz Səxavət, Arzu Əliyeva, xanəndələr Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva və Rəvanə Qurbanova Rübabə Muradovanın vaxtilə ifa etdiyi bəstəkar və xalq mahnılarını səsləndiriblər. Solistləri Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, eləcə də Əməkdar artistlər Əliağa Sədiyev (tar), Xəyyam Məmmədov (kamança) müşayiət ediblər.