Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

BMA-dan bildirilib ki, konsertdə Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, beynəlxalq müsabiqələr laureatı, pianoçu Mira Marçenko və tanınmış azərbaycanlı pianoçu Səidə Tağızadənin ifaları dinləyicilərdə xoş ovqat yaradıb.

Proqramda Sergey Raxmaninovun fortepiano üçün süitaları (N.1 və N.2) və Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "Yeddi gözəl" baletindən parça səsləndirilib.