Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Gülyanaq Məmmədova ilə görüş keçirilib.

Xalq artistinin sənət yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edilib, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonra çıxış edən Gülyanaq Məmmədova muğam və vokal sənətinin incəliklərindən danışıb, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Müğənninin oxuduğu xalq mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.