Azərbaycan xalqının düşüncəsində, məişətində, adət-ənənələrində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında bərabərlik, dostluq, sülh kimi anlayışları təbliğ edir.

Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim olunub. Virtual sərgidə bayram haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələrini, deyimlərini və s. əks etdirən materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.