Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyası martın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə nümayiş olunacaq.

Teatrdan verilən məlumata görə, tamaşada rolları Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artist Ramil Qasımov (Sərvər), teatrın solisti Günel Hacıyeva (Gülnaz) və başqaları ifa edəcəklər.

Operetta 2006-cı ildə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda tamaşaya qoyulub. Səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.