Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə silsilə materiallar hazırlanıb.

“Xalq yazıçısı Anar – 85” adlı elektron bazada ədibin həyatı, yaradıcılığı və ictimai fəaliyyəti haqqında məlumat verilir. Burada yazıçının Azərbaycan və xarici dillərdə çap edilən əsərlərinin, haqqında qələmə alınan kitab və dövri mətbuat materiallarının siyahısı əks olunub. Həmçinin Anarın həyat və yaradıcılığına həsr edilən dissertasiya və avtoreferatlar təqdim edilib. Elektron bazada Anar haqqında görkəmli şəxslər tərəfindən söylənilən fikirlər, yazıçının təltif edildiyi mükafatların siyahısı da verilib.

Bundan əlavə, kitabxana əməkdaşları tərəfindən Anarın bədii və ictimai fəaliyyətinə həsr edilən videomaterial və biblioqrafik vəsait hazırlanıb. Kitabxananın sosial şəbəkə səhifələrində Ümummilli lider Heydər Əliyevin yazıçı haqqında söylədiyi sözlər də paylaşılıb.