Martın 15-də Nəriman Nərimanovun Xatirə Muzeyində AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Aytən İmanovanın “Gülsüm xanım Nərimanova: həyatının naməlum səhifələri arxiv sənədlərində” kitabının təqdimatı keçirilib.

Muzeyin direktoru Ləman Hüseynova tədbiri açıq elan etdikdən sonra kiçik elmi işçi Firuzə Ağayevanın hazırladığı, görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanovanın həyat yoldaşı Gülsüm xanımın həyat yoluna həsr edilmiş videoçarx nümayiş etdirilib.

Kitabın müəllifi Aytən İmanova apardığı tədqiqat işlərindən danışaraq bildirib ki, N.Nərimanova məxsus arxiv sənədlərinin 150-dən çoxu Gülsüm xanıma məxsusdur.
Əlyazmalar İnstitutunun aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov A.İmanovanın elmi araşdırmalarını yüksək qiymətləndirib, yeni kitabı münasibətilə təbriklərini çatdırıb.

Ankara Universiteti Türk tarixi bölməsinin əməkdaşı Elanur Köse Kızır “XX əsrin əvvəllərində Azərbaycan qadınlarının sosial fəaliyyəti” mövzusunda apardığı araşdırmalardan danışıb.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının aparıcısı, qiraətçi Səmray Əliyevanın ifasında Gülsüm xanımın oğlu Nəcəfə yazdığı natamam məktubu səsləndirib.

Nərimanovlar nəslinin nümayəndəsi Kamilə Hüseynova Gülsüm xanım haqqında nənəsi İltifat xanımdan eşitdiyi xatirələrini bölüşüb, yeni kitaba görə müəllifə minnətdarlığını bildirib.