Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, tərcüməçi, ictimai xadim Cabir Novruzun (1933-2002) anadan olmasının 90 illiyidir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Xalq şairinin yubileyi münasibətilə “Düşündürən poeziya sahibi – Cabir Novruz” adlı virtual metodik vəsait hazırlanıb.

Materialda görkəmli ədiblərin Cabir Novruz haqqında fikirləri, şairin həyat və yaradıcılığı haqqında məlumat verilir. Vəsaitdə həmçinin metodik köməklik məqsədilə Cabir Novruzun yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı da yer alıb. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

Metodik vəsaitlə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/dusundur-n-poeziya-sahibi-cabir-novruz