Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Opera və Balet Teatrı ilə Çin Milli Opera Teatrı arasında yaradıcılıq memorandumu imzalanıb. Pekində imzalanan memorandum çərçivəsində 2023-cü ilin may ayında özbək teatrı bu ölkəyə böyük qastrol səfərinə çıxacaq.

İki teatr arasındakı bu razılaşma opera sənəti sahəsində yaradıcılıq kollektivlərinin qarşısında yeni imkanlar açır. Təkcə qarşılıqlı qastrol turları yox, həm də birgə teatr festivalları və baxışların keçirilməsi, yaradıcı layihələrin həyata keçirilməsi məqsədilə teatrlar arasında ustad dərslərinin və sənətçilərin qarşılıqlı mübadilə əsasında çıxışları da nəzərdə tutulur.

Gülcahan