Respublika Uşaq Kitabxanasında “Mickey`s House” uşaq bağçasının fidanları ilə yazıçı Fatimə Alxaz Yusifovanın görüşü keçirilib.

Qeyd edək ki, yazıçı ölkəmizdə autizm sindromlu bir oğlanın həyat reallıqları əsasında qələmə aldığı “Adını bilməyən oğlan” adlı hekayə kitabının müəllifidir.

Görüşün keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatı vasitəsilə balacaları kitabxanaya cəlb etməklə onlarda idrak və yaradıcı fəaliyyəti aktivləşdirmək, kitaba olan maraqlarını artırmaqdır.

Əvvəlcə kitabxananın əməkdaşı balacaları kiçik oxu zalında səsli, pazllı, oyuncaqlı və digər maraqlı kitablarla tanış edib. Sonra yazıçı “Nağıl otağı”nda balaca oxucular üçün nağıllar səsləndirib.

Sonda kiçikyaşlı oxuculara kitabxananın “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.