Martın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda Novruz şənliyi keçiriləcək. Şənliyin məqsədi Novruz adət-ənənələrini ziyarətçilər arasında təbliğ etməkdir. Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və Novruzun atributları nümayiş olunacaq.

Ozan baba və Bahar qız məşəllə bayram tonqalı yandıracaq. Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda bayram ovqatı yaradacaq.

Tədbirdə həmçinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunacaq, satış yarmarkası keçiriləcək.