İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid leytenant Elnur Səmədovun xatirəsinə həsr olunan “Nur üzlü şəhidim” adlı sənədli film nümayiş etdirilib.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Qarabağ müharibəsi şəhidi Balakişi Hüseynovun (1968-1994) doğum günü münasibətilə tədbir keçirilib. Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qubadlı rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub.

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidləri leytenant Şükür Hacıyev və əsgər Xalid Hassanın ailəsinə baş çəkiblər.

Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu və Abşeron rayon MKS-nin 8 saylı Novxanı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsinin şəhid kapitanı Ceyhun Useynovun ailəsini ziyarət ediblər.

Nurəddin