Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.

Ədəbi və bədii hissədən ibarət olan bayram tədbirində BXA-nın bakalavr, orta ixtisas təhsili və tam orta təhsil pillələrinin tələbə və şagirdlərinin ifasında şeir və rəqs kompozisiyaları təqdim olunub.

Akademiyanın müəllimlərinin quruluşunda təqdim edilən “Ay ləli”, “İgidlər”, “Toy rəqsi”, “Uzundərə”, “Üç meyvə”, “Şən rəqs” və bir sıra digər rəqs nümunələri ilə yanaşı, “Keçəl və kosa” səhnəciyi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirdən sonra akademiyanın şagirdlərinin hazırladığı əl işlərindən ibarət yarmarka təşkil olunub. Sonra iştirakçılar BXA-nın həyətində qalanan tonqal ətrafına, şənliyə dəvət olunublar.